KƏŞFİYYAT: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı? (Ardı...)

7.2.a)Əlaməti müəyyənləşdirməkməqsədinəxidmət edən suallar: Bu qrup sualların tipik nümunəsi aşağıdakılardır: «Sən qısqanc deyilsən ki?», «Sən ağıllısan, ya axmaq?», «Sən qorxaqsan, ya cəsur?», «Sən əclafsan, ya mərd?» və s. Təbii ki, bu suallarda olan heç bir pis əlaməti heç vaxt heç kim özünə götürməz və yaxud eyni bir adam vəziyyətdən asılı olaraq gah bu, gah da digər yaxşı əlaməti özünə aid edə bilər, hansı ki, əslində onda onların heç biri olmaz. Digər tərəfdən baxdıqda isə, onları qınamaq da düzgün deyil, çünki heç kəs mütləq, monoton deyil və ayrı-ayrı etalonlarla ölçüldükdə hər kəsdə həm yaxşı, həm də pis cəhət aşkar etmək mümkündür. Hər kəsin həm qorxduğu, həm də arxayın olduğu məqamlar var və hər kəsin vaxtından asılı olaraq, həm nəciblik və həm də əclaflıq etdiyi anlar olub, ələlxüsus da, eyni bir hərəkəti fərqli formalarda yozmaq mümkündürsə. İnsanlar da özlərini, yalnız verilmiş anda özünə sərf edən meyarlarla görür və başqalarının da onu məhz bu bucaqdan görməsinə çalışırlar. Həqiqətdə isə heç kəs göründüyündən ibarət olmur. Bəs, onların görünməyən tərəflərini necə aşkar etməli?



Ardı →

KƏŞFİYYAT: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?

2.2.2.3. Sınaq-səhv metodu


Tərəf-müqabilin həqiqi fikirlərini üzə çıxarmağın, rəyini «zandaj» etməyin daha bir üsulu bu metoddur. Burada müxtəlif kəşfiyyat hərəkətləri və sözləri vasitəsilə ona «hücum» edilir, bunlara verdiyi cavab reaksiyaları əsasında, nəyi davam etdirib-etdirməmək barədə nəticə çıxarılır. Bu metodun özü də iki variasiyadan ibarətdir.


Birinci halda müxtəlif zarafat, lətifə, eyham, replika, atmaca, ikibaşlı suallar, hərəkətlər və s. vasitəsilə birbaşa hücum edilir, lazımi sərhədd keçilir.


Ardı →

KƏŞFİYYAT: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı? (Ardı...)

2. Şəxsiyyətin tədqiq üsulları


Beləliklə, individlərin psixi vəziyyətinin dinamikasını şərtləndirən cəmi psixi komponentlər barədə bu qədər. İnsanın istənilən fəaliyyəti məhz bu faktorların birgə təsiri altında, onların kombinasiyasında meydana çıxır və istər ayrıca fərdlərin, istərsə də nəhəng kütlələrin psixoloji idarəçiliyi də, sadalanan həmin bu faktorlara müxtəlif metodlarla müdaxilə hesabına mümkün olur. Bu baxımdan, davranış və düşüncələrin idarəçiliyinə aid hər hansı bir konsepsiyada motivlər yerində yeganə olaraq Freydin dediyi həmin irrasional həvəslər ansamblını, yaxud Adlerin dediyi həmin defekti əvəzləmək məramını və ya Olportun dediyi individual xüsusiyyətləri və s. ayrı-ayrılıqda əsas götürmək, təbii olaraq birtərəfliliyə və məhdudluğa gətirib çıxarardı, bu konsepsiyanın universallığına və işləkliyinə ciddi əngəl törədərdi. Həqiqət, deyildiyi kimi, bunların məxrəcində və ya kombinasiyasındadır ki, yuxarıda biz bu məxrəclərdən birini tapmağa cəhd etdik. Və öz konsepsiyamızı da həmin bu inteqral baza üzərində quracağıq.


Kiməsə təsir halında düzgün taktika seçə bilməyin ən zəruri şərtlərindən biri — onun həmin ontogenez və filogenezini, başqa sözlə, kimliyini, onun psixikasının ümumi xüsusiyyətlərini, verilmiş andakı dəyişikliklərini, xasiyyətini, ümumi tələbatlarını, maraqlarını, ehtiyaclarını, təmənnalarını və s., kütlənin idarəçiliyi halı üçünsə — kütlə içərisində hansı hisslərin, məramların üstünlük təşkil etdiyini dəqiq bilməkdir. Bunlarsız qarmaqarışıq münasibətlər labirintində düzgün oriyentasiya əldə etmək, kütlənin və ya ayrıca fərdin rəy və baxışlarını lazımi istiqamətə yönəltmək üçün səmərəli iş apara bilmək qeyri-mümkündür. Bu səbəbdən, ilk olaraq tərəf-müqabilin deyilən baxımdan olan parametrlərini təyin etmək qaydaları barədə:



Ardı →

KƏŞFİYYAT: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?

Kəşfiyyat rəqibin zəif və güclü cəhətlərini aşkara çıxarmaq üçün zəruri olan mərhələdir. Bu zəif cəhətlər — ona haradan zərbə vurmağı bilmək üçün, güclü cəhətlər isə — onun sizi həmin sahələrə çəkib aparmasına, döyüşü həmin meydanlara keçirməsinə imkan verməmək üçün gərəkdir. Rəqibin zəif cəhətlərinə aiddir: onun problemləri, arzuları, istəkləri, təmənnaları, tələbatları, əziz bildiyi şeylər və şəxslər, motiv və məqsədləri, və s. Onun güclü cəhətlərinə aiddir — əlaqələri, imkanları, mütəxəssis olduğu bilik sahələri, və s. Düşünmək — biliklərlə əməliyyat apara bilmək deməkdir. Siz situasiyadan düzgün çıxış yolu tapmaq və vəziyyəti öz xeyrinizə həll edə bilmək üçün rəqibiniz barədə bütün zəruri informasiyaya malik olmalısınız. Problemi düzgün həll edə bilmək üçün, onu törədən situasiyaya düzgün diaqnoz qoya bilmək lazımdır. Ünsiyyətin kəşfiyyat mərhələsi — rəqibin həmin bu psixoloji müayinəsini nəzərdə tutur.
Davamı →